Paşinyandan Bakıya yeni təklif…

Paşinyandan Bakıya yeni təklif…

İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik”, – o bildirib.

Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.

Teqlər: