Paşinyana çətir atan qadına qarşı cinayət işi açıldı

Paşinyana çətir atan qadına qarşı cinayət işi açıldı

Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, aprelin 10-da Paşinyan Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın ona çətir atıb.

Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.

Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Teqlər: