Paşinyan xanımı ilə Praqaya gedir

Paşinyan xanımı ilə Praqaya gedir

Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan mayın 4-5-də Çexiyaya rəsmi səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə erməni məlumat yayıb.

Səfər çərçivəsində Paşinyan çexiyalı həmkarı Petr Fiala ilə görüşəcək. Əvvəlcə iki ölkənin baş nazirlərinin təkbətək görüşü olacaq, daha sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

Görüşdən sonra baş nazirlərin mətbuat konfransı keçiriləcək.

Teqlər: