Ukrayna ordusu Zaporojye istiqamətində hücuma keçdi

Ukrayna ordusu Zaporojye istiqamətində hücuma keçdi

Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində hücuma cəhd ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

O qeyd edib ki, hücum bu gecə kütləvi artilleriya hazırlığından sonra başlayıb. Rusiya motoatıcı və kəşfiyyatçıları müdafiənin birinci xəttində Ukrayna Silahlı Qüvvələrinin zirehli dəstəsini atəşlə qarşılayıblar. Bundan başqa, hücumun dəf edilməsində tanklar və artilleriya da iştirak edir.

Hazırda döyüş qızğın gedir. Düşmənin canlı qüvvəsi və texnika itkiləri var – ən azı iki texnika vurulub – tank və zirehli transportyor”, – Roqov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının kəşfiyyat apardığını, yarıb keçməyə cəhd etdiyini və ya genişmiqyaslı hücuma keçdiyini söyləmək hələ tezdir.

Teqlər: