Paşinyan və Mişustin ikitərəfli görüş keçirəcək

Paşinyan və Mişustin ikitərəfli görüş keçirəcək

Rusiyanın Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində görüşəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası fevralın 2-3-də Almatıda keçiriləcək.

Teqlər: