Paşinyan təsadüfən demirmiş: Görüş olacaq?

Paşinyan təsadüfən demirmiş: Görüş olacaq?

İyunun 1-də Avropa Siyasi Birliyi Forumu çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü mümkündür.

AzerTimes xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Katrin Kolonna “France Inter” radiostansiyasına müsahibəsində deyib.

Fransız diplomat təfərrüat haqda danışmayıb.

Qeyd edək ki, mayın 3-də parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan 1 iyunda Kişinyovda Azərbaycanla sülh sazişi imzalanacağı halda sevinəcəyini bildirmişdi.

Avropa Siyasi Birliyi Forumu Kişinyovda keçiriləcək.

Teqlər: