Paşinyan “tarixi missiya” üçün 3 şərti yerinə yetirməlidir

Paşinyan “tarixi missiya” üçün 3 şərti yerinə yetirməlidir

Paşinyanın hədəfi Ermənistanın bir daha heç bir müharibədə iştirak etməməsinin təminatıdırsa, iki qonşusu – Azərbaycan və Türkiyə ilə bütün məsələlərin həllini sürətləndirməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın partiyasının fəallarıyla görüşündə “Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun” sözlərini şərh edərkən deyib.

“Paşinyan partiyadaşlarıyla birgə, özünün də vurğuladığı kimi, tarixi missiyanı yerinə yetirmək istəyirsə və buna hazırdırsa, 1) vaxt itirmədən 4 kəndi Azərbaycana qaytarmalı; 2) Azərbaycanla çərçivə sazişini imzamalı; 3) Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir.

Paşinyan bu yolu seçərsə, həm tarixi missiyanı yerinə yetirmiş olacaq, həm də sülh şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fonunda regional layihələrdə iştirakını təmin edəcək”.

Teqlər: