Paşinyan sərhədə ordu yığmasının səbəbini izah etdi

Paşinyan sərhədə ordu yığmasının səbəbini izah etdi

Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində sərhədimizə ordu yığmasının səbəbinə özünəməxsus formada aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, Paşinyan sərhəddə gərginlik olduğunu təsdiqləyib və bunu “Azərbaycanın sərhədə qoşun cəmləşdirməsi” ilə izah edib.

Paşinyan “Qarabağ ətrafında da Azərbaycan ordusunun cəmləşdiyini” iddia edib:

“Hökumətin son iclasındakı qiymətləndirmələrim bu gün də dəyişməyib”.

Qeyd edək ki, bu gün Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan Azərbaycanla sərhədə Müdafiə Nazirliyinin təlimatı əsasında ordu yeridildiyini etiraf etmişdi.

Teqlər: