Paşinyan Rusiyada Qələbə paradına qatılcaq?

Paşinyan Rusiyada Qələbə paradına qatılcaq?

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılıb. Bu il həm də Ermənistanın sədrlik etdiyi Avrasiya İqtisadi İttifaqının 10 ili tamam olur. Mayın 8-də Moskvada Aİİ-nin yubiley sammiti, mayın 9-da isə ənənəvi Qələbə Paradı keçiriləcək. Sual: Ermənistanın Baş naziri Nikol Paşinyan paradda iştirak edəcək?

AzerTimes xəbər verir ki, bu fikirlər “Hraparak” nəşrinin dərc etdiyi məqalədə yer alıb.

“Son həftələrin mövzusu budur ki, Paşinyan bu tədbirlərdə iştirak edib, bayram paradına qalacaqmı? Hökumət bütün təfərrüatı açıqlamır, absurd fikir bildirir: “Baş nazirin aparatı bütün səfərlərlə bağlı vaxtında məlumat verir”. Hakim Mülki Müqavilə Partiyasının çevrələrində isə Paşinyanın həm inauqurasiyada, həm də Aİİ-nin yubiley sammitində iştirak edəcəyi barədə söhbətlər gedir. Amma o, paradda iştirak etməyə bilər, baxmayaraq ki, bu, hələ yekun qərar deyil”, – məqalədə bildirilib.

Teqlər: