Paşinyan Qaribaşviliyə Soçi görüşü barədə məlumat verdi

Paşinyan Qaribaşviliyə Soçi görüşü barədə məlumat verdi

Ermənistan Baş naziri Nikol Paşinyanla Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Paşinyan oktyabrın 31-də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən üçtərəfli görüş barədə gürcü həmkarını məlumatlandırıb.

Bundan başqa, tərəflər Ermənistan-Gürcüstan münasibətlərini və regional məsələləri müzakirə ediblər.

Teqlər: