Paşinyan: Qarabağda eskalasiya ehtimalı böyükdür

Paşinyan: Qarabağda eskalasiya ehtimalı böyükdür

İndi həm Ermənistan sərhədində, həm də Qarabağda eskalasiya ehtimalı çox yüksəkdir. Bunu Bakının getdikcə artan “aqressiv” ritorikası sübut edir, bəzi başqa məlumatlar da var.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Ermənistan rəhbəri qeyd edib ki, beynəlxalq ictimaiyyət yeni eskalasiya təhlükəsini yüksək səviyyədə bəyan etməlidir:

“Laçın yolunun “blokadaya” alınmasını və Azərbaycanın Qarabağda “etnik təmizləmə təhlükəsinin” olduğunu nəzərə alsaq, Ermənistan rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır – Laçın yolu və Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir”.

Teqlər: