Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı
Ermənistan tərəfindən 3 825 nəfər həlak olub.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş
naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etiraf edib.

“Bugünkü gün üçün müharibədə həlak olanların sayı 3 825 nəfər
təşkil edib”, – baş nazir deyib.

N.Paşinyan həmçinin çıxışı zamanı bildirib ki, Ermənistan və
Azərbaycan qısa müddətdə ərzində sülh sazişini imzalamalıdır.

Qeyd edək ki, hərbi ekspertlər və mətbuat Ermənistanın İkinci
Qarabağ müharibəsində itkilərinin daha çox olduğunu
bildirirlər.

Teqlər: