Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti
Vladimir Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu
deyib.
Trend-in
məlumatına görə, o, bu barədə Rusiya Dövlət Dumasının sədri
Vyaçeslav Volodinlə görüşü zamanı qeyd edib.
N.Paşinyan bildirib ki, bir sıra məsələlər üzrə, o cümlədən,
Qarabağla bağlı, eləcə də regional infrastrukturun açılması,
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və
demarkasiyası prosesi ilə bağlı yekun razılaşmalar əldə olunub.
Qeyd edək ki, N.Paşinyanın V.Putinlə görüşü ötən gün
keçirilib.
(Tərcümə: Orxan Nəbiyev)