Ermənistan hakimiyyətinə yaxın mənbələr Baş nazir Nikol Paşinyanın yanvarın 10-da keçirilən mətbuat konfransından sonra kifayət qədər əsəbi vəziyyətdə olduğunu bildiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Haqqın.az” erməni mediasına istinadən məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan sonrakı günlərdə olduğu kimi, o, hamıdan, hətta ən sadiq adamlarından belə şübhələnməyə başlayıb”, – məlumatda deyilir.
İddia olunur ki, hökumətdə də kifayət qədər həyəcanlı vəziyyət hökm sürür:
“Onlar bilmirlər ki, Paşinyan birdən-birə hansı idarədə peyda olacaq və hansı fövqəladə vəziyyət yaradacaq”.