Bakıda məktəbli qızı oğurlamaq istədilər – Video

Bakıda məktəbli qızı oğurlamaq istədilər – Video

Paytaxtın Nərimanov rayonunda naməlum şəxs məktəbli qızı oğurlamağa cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videogörüntüdə naməlum şəxs azyaşlı qızı oğurlayaraq başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur.

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Teqlər: