Hesab edirik ki, KTMT Ermənistan qarşısındakı vəzifələrini icra edə bilmədi.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, KTMT ilə münasibətlərdə çətinliklər var:
“Ötən il KTMT ilə konsensus əldə edə bilmədik. Mövqeyimizi və təşkilatla bağlı narazılığımızı bildirdik. Biz səmimi və şəffafıq və bu da əlavə çətinliklər yaradır”.