Paşinyan ordadırsa, alışdırıcı zala necə keçirilib?

Paşinyan ordadırsa, alışdırıcı zala necə keçirilib?

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının rəsmi açılış mərasimində stilist və açılış mərasiminin təşkilatçılarından biri Aram Nikolyanın səhnəyə qaçaraq, Azərbaycanın Dövlət bayrağını qızın əlindən alıb yandırmasına rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da reaksiya verib.

AzerTimes xəbər verir ki, o, bu insidentlə bağlı bir sıra mühüm hallara diqqət yetirmək lazım olduğunu bildirib.

“1. Açılış mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edirdi. O, dövlət statusuna görə xüsusi qorunan bir şəxsdir. Bu isə o deməkdir ki, Ermənistan MTX birinci şəxsə qarşı sui-qəsd ehtimalı da daxil olmaqla, onun həyat və sağlamlığını təhlükə altında qoyacaq bütün mümkün insidentlərə qarşı kompleks təhlükəsizlik tədbirləri planlaşdırıb və həyata keçirib.

Yəni:

– tədbir ziyarətçiləri, xidmət edənlər, təşkilatçılar və iştirakçılar – hər kəs odlu və soyuq silah, partlayıcı, radioaktiv maddə, yandırıcı/alışdırıcı predmetlər, materiallar və mayelərin içəri keçirilməsinin qarşısını almaq üçün xüsusi texniki vasitələrdən istifadə ilə yoxlanaraq buraxılıb;

– xüsusi texniki vasitələrdən və təlim keçmiş xidməti itlərdən istifadə etməklə mərasim zalının və orada ucaldılan konstruksiyaların təhlükəsizliyi qabaqcadan yoxlanılıb;

– hər hansı fövqəladə halın və ya potensial təhlükəli vəziyyətin qarşısının alınması/zərərsizləşdirilməsi məqsədilə açılış mərasiminin texniki heyəti və təşkilatçıları arasında əhval-ruhiyyəni “görmək” və onların hərəkətləri/davranışlarına nəzarət etmək üçün Milli Təhlükəsizlik Xidmətinin ştatdankənar əməkdaşları/agentləri cəlb edilib;

– snayper cütlərinin tamaşaçılar və texniki işçilər (ehtimal ki, yuxarı texniki pillə) tərəfindən vizual identifikasiyasını istisna edən/əngəlləyən və zalın istənilən nöqtəsində/yerində mümkün müdaxiləçilərin hərəkətlərinin zəmanətli zərərsizləşdirilməsinə imkan verən zaldakı mövqelərdə yerləşdirilməsi təmin edilib;

– tədbir zamanı N.Paşinyanın şəxsi təhlükəsizliyini təmin edən, habelə zəruri hallarda mühafizə olunan şəxsin təcili təxliyəsi üçün zalda və keçidlərdə vəziyyətə nəzarət edən Dövlət Təhlükəsizlik Xidmətinin silahlı əməkdaşları yerləşdirilib…

2. Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində cinayət əməli törədən Aram Nikolyan bu tədbirin təşkilat komitəsinin rəsmi üzvü statusu ilə orada olub. Eyni zamanda, o, Ermənistanın baş nazirinin ailəsi ilə də əlaqə qurur (ən azı onun həyat yoldaşı Anna Akopyanı tanıyır, bunu dərc olunmuş fotoşəkillər sübut edir).

Bu, o deməkdir ki, Nikolyan operativ təhlildə tanınır/müəyyən edilir/yerləşir və ya MTX və yaxud XDX-nin agentidir;

3. Gözlənilməz halda, Paşinyanın təhlükəsizliyinə qarşı təhdid yarandığı vəziyyətdə niyə Aram Nikolyan bloklanmadı və yaxud zərərsizləşdirilmədi – ən azı tərpənməz hala gətirilmədi? Xüsusi Dövlət Xidməti əməkdaşlarının passivliyi nə ilə izah olunur? Axı, o insanlar peşəkarcasına hazırlanır! Və burada, hadisə zamanı Paşinyanın ətrafında hətta qoruyucu örtük də görünmürdü (mövcud video və foto materialları təhlili bunu göstərir).

a) Belə məlum olur ki, bu aksiya əvvəlcədən hazırlanıb və planlaşdırılıb, bu aksiyanın “kimə lazım olduğu” bilinirdi, buna görə də belə qəribə sakit reaksiya vardı;

b) Yaxud Paşinyanın mühafizəçiləri hadisənin və onun günahkarının Ermənistanın baş naziri üçün fiziki təhlükə yaratmadığını hesab edirdilər.

v) Yaxud Paşinyanın təhlükəsizlik sistemində zəifliklər var və Nikol Vovayeviç şəxsi təhlükəsizliyini təmin edənləri dəyişdirməlidir.

q) Yaxud bu erməni özbaşınalığı/qarmaqarışıqlığıdır, ondan istifadə edərək Aram Nikolyan öz cinayət niyyətini həyata keçirib.

Onun bu qədər təəccüblü sürətlə və heç bir hüquqi nəticəsi olmadan sərbəst buraxılması “q” versiyasını qeyri-mümkün edir”, – o bildirib.

Teqlər: