Paşinyan İrəvanda Riçard Murla görüşdü

Paşinyan İrəvanda Riçard Murla görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Paşinyan Mura ilə Cənubi Qafqazda baş verən proseslərlə bağlı məsələləri müzakirə ediblər. Eyni zamanda, regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzulara da toxunulub.

Teqlər: