Paşinyan əsirlikdə olan hərbçilərimizdən danışdı

Paşinyan əsirlikdə olan hərbçilərimizdən danışdı

Hazırda Ermənistanda itmiş Azərbaycan vətəndaşı yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycan tərəfi ilə danışıqlarda belə bir anlayış var ki, sərhəddə azmış şəxslər sadələşdirilmiş qaydada bir-birinə qaytarılmalıdır. Söhbət bilmədən sərhədi keçənlərdən gedir. Amma indi Ermənistanda belə Azərbaycan vətəndaşları yoxdur”, – Paşinyan bildirib.

Ermənistanda əsirlikdə olan iki Azərbaycan hərbçinin ekstradisiyası ilə bağlı sualı cavablandıran Paşinyan deyib ki, münasibətlərin tənzimlənməsi mürəkkəb prosesdir, birtərəfli ola bilməz:

“Hüquqi prosedurlardan sonra müxtəlif imkanları nəzərdən keçirmək olar. Ermənistan vətəndaşının öldürülməsinə göz yuma bilmərik. Təbii ki, burada təqsirsizlik prezumpsiyası da var. Hazırda araşdırma aparılır, ardınca işə məhkəmə baxacaq”.

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları azaraq düşmən ölkənin ərazisinə keçən Azərbaycanın iki əsgərinə qarşı ağlasığmaz iddialar irəli sürərək, onları həbsə atıb. Həmçinin onlar saxlanılarkən vəhşicəsinə döyülüblər.

Teqlər: