Paşinyan Əliyevlə görüşdən niyə qaçır? – Amerikalı ekspert

Paşinyan Əliyevlə görüşdən niyə qaçır? – Amerikalı ekspert

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməməklə siyasi oyun oynayır.

Bu sözləri AzerTimes-a amerikalı siyasi ekspert Endryu Korıbko deyib.

“Baş nazir Paşinyanın Prezident Əliyevlə ikitərəfli görüşdən imtina etməsini belə şərh etmək olar: Birincisi, onun Əliyevlə müzakirələr aparması Azərbaycanın Ermənistan ərazilərini işğal altında saxlaması ilə bağlı iddialarını puça çıxara və daxili siyasi rəqiblərinin əlinə oynaya bilər.

İkincisi, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan arasındakı son gərginlikdə bitərəf qalmasından narazıdır və buna görə də sülh müqaviləsi imzalamaqla Prezident Putinə siyasi qələbə kimi təqdim oluna biləcək hər hansı bir şey vermək istəmir.

Və nəhayət, bu nüansı da unutmaq olmaz ki, Ermənistan lideri vasitəçiliyi AB-yə verməyə çalışır”.

Politoloq qeyd edib ki, bütün bunlara görə Paşinyan Əliyevlə görüş üzərində siyasi oyun qurub.

Teqlər: