Paşinyan dua edirdi ki, sənəd imzalanmasın

Paşinyan dua edirdi ki, sənəd imzalanmasın

Paşinyan və komandası dua edirdi ki, Bakı və İrəvan Vaşinqtonda bir dənə də olsun sənəd imzalamasın. Çünki bu, “yeni müharibə” ilə nəticələnəcək, ABŞ-Rusiya münaqişəsində Ermənistanın qalib gələ bilməyəcəyi yeni cəbhə açacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Hakim partiya sözün əsl mənasında dua edirdi ki, danışıqlar nəticəsində heç bir sənəd imzalanmasın. Çünki İrəvanın hansısa sənədi imzalanması ABŞ və Rusiya arasında münaqişənin yeni raunduna və Kremldə əsəbi reaksiyaya səbəb ola bilərdi. Bunun hesabını isə Paşinyan ödəməli olacaq. Eyni zamanda, İrəvan hesab edir ki, iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammitində hansısa sənəd imzalana bilər”, – məlumatda deyilir.

Teqlər: