Paşinyan AB ilə “geniş əlaqə” istəyir – Ovannisyan

Paşinyan AB ilə “geniş əlaqə” istəyir – Ovannisyan

AB islahatların həyata keçirilməsi baxımından Ermənistanın ən mühüm tərəfdaşı olaraq qalır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Paruyr Ovannisyan Paşinyanın AB ilə əməkdaşlığı dərinləşdirməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib.

“AB ilə münasibətlərimiz həmişə islahatlara nail olmaq, hüquqlara hörmət etmək və ölkəni transformasiya etmək üzərində qurulub. AB ilə sazişimizin məqsədi də bundan ibarətdir. Paşinyan çıxışında yalnız AB və ona üzv dövlətlərlə qarşılıqlı əlaqələri mümkün qədər dərinləşdirməyə və genişləndirməyə hazır olduğunu təsdiqləyib. Aydındır ki, AB ilə münasibətlərimiz kontekstində sensasiyalı heç nə yox idi”, – o bildirib.

Qeyd edək ki, Paşinyanın AB ilə münasibətləri dərinləşdirməyə hazır olmasını Brüsseldə bəyan etməsi Aİİ və Rusiyaya qarşı siyasət kimi qəbul olunub.

Teqlər: