“PASHA Private Banking”dən Kiprdə yatırım və əmlak sahibi olmaq imkanı

“PASHA Private Banking” müştəriləri üçün 250-dən çox daşınmaz
əmlak layihəsini özündə cəmləyən eksklüziv bir təklif hazırlayıb.
Belə ki, Kiprin ən kosmopolit şəhərlərindən olan Pafos və
Limassolda mənzillər, villalar almaq, yatırım etmək və bank
tərəfindən maliyyələşdirmə şərtləri ilə daşınmaz əmlak əldə etmək
mümkün olacaq.

Kipr adasının cənub-qərb hissəsində yerləşən Pafos şəhəri sevgi
və gözəllik ilahəsi Afroditanın doğulduğu yerdir. Bir vaxtlar
Kiprin qədim paytaxtı olan Pafos bu gün Avropa Birliyinin
Mədəniyyət Paytaxtı elan edilmiş ən mənzərəli şəhərlərindən
biridir.

Kiprin kosmopolit paytaxtı olan Limassol, ölkənin biznes bölgəsi
və canlı sosial mərkəzidir. Limassol, həyat keyfiyyəti, cazibəsi və
atmosferinə görə dünyanın ən yaxşı şəhərlərindən biri kimi
tanınır.

Kiprdə mülk sahibi olmaqla, hansı üstünlükləri
qazanacaqsınız?

  • Ailə üzvlərinizlə birlikdə daimi yaşayış icazəsi;
  • 20 000 EUR-dan başlayan illik gəlir;
  • Avropa İttifaqı ölkələrində təhsil imkanı;
  • Avropa İttifaqı ölkələrinə daha rahat səyahət
  • Bir həftə ərzində Şengen vizasının alınması.

    Qeyd edək ki, Kiprdə daimi yaşayış icazəsi birdəfəlik verilir və
    digər proqramlardan fərqli olaraq yenilənməsi tələb olunmur.
    Daşınmaz əmlakın alınması üçün müraciət və bütün proseslər tamamilə
    məsafədən həyata keçirilir.

    Kiprdə əmlak sahibi olmaq imkanı ilə bağlı ətraflı məlumat üçün
    “PASHA Private Banking” ofisinə müraciət edə, yaxud *1230 nömrəsi
    vasitəsilə əlaqə saxlaya bilərsiniz.

    Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /
    (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)
    4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə
    bilərsiniz.

    PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək
    qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi
    olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə
    daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların
    fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq
    bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına
    elektron məktub yazmaqla çatdıra bilərsiniz.