“PAŞA Bank” 15-ci ad günü münasibətilə 15.000-dək mil təqdim edir!

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və
“THY”nın eksklüziv olaraq təqdim etdiyi “PAŞA Bank
Miles&Smiles” kartı ilə müştərilər ticarət və xidmət
obyektlərində nağdsız ödənişlər edərək mil qazanmaq və toplanan
milləri “THY” və “Star Alliance” aviaşirkətlərindən biletə çevirmək
imkanı əldə edir. Bundan başqa, bankın geniş partnyor şəbəkəsindən
“PAŞA Bank Miles&Smiles” kartı ilə ödəniş zamanı əlavə millər
qazanmaq şansı da mövcuddur. Həmçinin, “PAŞA Bank Miles&Smiles”
kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və
alış-veriş ödənişləri zamanı müxtəlif endirimlərdən faydalanmaq
imkanı da təqdim olunur.

Hal-hazırda isə “PAŞA Bank” iyun ayı ərzində də müştərilərini
sevindirməyə davam edir. Belə ki, “PAŞA Bank Miles&Smiles”
kartını əldə edərək, ilk 3 ay ərzində minimum 1.000 AZN dövriyyə
etdikdən dərhal sonra aşağıda qeyd olunan kartlar üzrə “welcome”
millər qazanmaq mümkündür.
• “Visa Platinum” üzrə 5.000 mil;
• “Mastercard Black Edition” üzrə 15.000 mil.

Bir çox üstünlükləri özündə birləşdirən “PAŞA Bank
Miles&Smiles” kartları ilə toplanan millərlə bir çox ölkəyə
bilet əldə etmək mümkündür. Məsələn, müştərilər 15.000 mil ilə
Milan, Roma, İstanbul, Praqa və əlavə bir çox şəhərə uçmaq və
arzusunda olduqları səyahət imkanlarını reallaşdırmaq imkanı əldə
edəcəklər. Kampaniya yalnız birdəfəlik ödənişli kartlara və
Azərbaycan vətəndaşı olan ilk 1000 yeni “Miles&Smiles”
müştərisinə şamil olunur.

Kartın bütün üstünlükləri ilə bağlı ətraflı məlumat üçün keçid
edin:

https://miles.pashabank.az/az/pashabank-miles-smiles

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /
(+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)
4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə
bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək
qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi
olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə
daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların
fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq
bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron
məktub yazmaqla çatdıra bilərsiniz.

Teqlər: