“PASHA Bank Cup IV” yarışmasının ilk təsnifat mərhələsinin nəticələri məlum olub

Ölkənin İT sahəsinin istedadlarının yarışdığı “PASHA Bank Cup
IV” müsabiqəsinin ilk təsnifat mərhələsi başa çatıb. 1-4 may
tarixlərində “İcra və Data strukturları” mövzusunda keçirilən ilk
mərhələ 200-ə yaxın iştirakçının qızğın mübarizəsi ilə yadda qalıb.
Nəticələrə əsasən, 4 nəfər 100 %-lik, 28 nəfər isə 50%-dən yüksək
nəticə göstərib.

İlk təsnifat mərhələsini 100 %-lik nəticə ilə başa vuran
iştirakçıların adlarını diqqətinizə çatdırırıq:

– Səid Nəsibov
– Fərid Əhmədli
– Xızrı Saxrayev
– Xanlar Abbasov

Tezliklə yarışmanın “Axtarış və sıralama” mövzusuna həsr olunan
II təsnifat mərhələsi baş tutacaq. Bu mərhələdə istənilən şəxs
öncədən təqdim olunan keçid vasitəsilə yarışa qatıla və birincilik
uğrunda mübarizəyə qoşula biləcək.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
tərəfindən 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup”
yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə
tutulub. Bank bu yarışma vasitəsilə İT sahəsində təhsil alan və
çalışan bacarıqlı kadrları üzə çıxarmağı, beləliklə də, sözügedən
sahənin inkişafına töhfə verməyi hədəfləyir.

Müsabiqənin rəsmi Teleqram kanalına
https://t.me/digitalengineer
qoşulmaqla, ətraflı məlumat əldə
etmək və yaranan suallara cavab almaq mümkündür.

Teqlər: