PAŞA Sığorta və Hesab.az-dan avtomobil sahiblərinə xoş xəbər!

PAŞA Sığorta şirkəti və GoldenPay/Hesab.az şirkəti avtomobil
sahibi olan hər kəsi sevindirəcək yeni kampaniya başladıb. Optimal
KASKO məhsulunu Hesab.az onlayn xidmətlər platforması vasitəsilə
əldə edən müştərilər bu kampaniyada iştirak edib dəyərli hədiyyələr
əldə edəcəklər.

Kampaniya şərtlərinə əsasən, Hesab.az platforması üzərindən
Optimal Kasko məhsulunun 5000 AZN sığorta təminatı ilə
OK 500 paketini əldə edən müştərilər
50 AZN, 10000 AZN sığorta təminatı ilə
OK 900 paketini əldə edən müştərilər
100 AZN, 20000 AZN sığorta təminatı ilə
OK 1900 paketini əldə edən müştərilər
isə, 150 AZN dəyərində Azpetrol yanacaq və ya
Bravo alış-veriş kartlarını hədiyyə olaraq qazanacaqlar.

Qeyd edək ki, kampaniya 31 Mart tarixinədək davam edəcək.

Kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta
Məsləhətləri Xətti
ilə əlaqə saxlamaq mümkündür. Bununla
yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial
media hesablarına yazaraq da müraciət edə bilərsiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci
ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması,
“Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq
sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında
fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az –
Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet,
bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və
sair xidmətlərin alışı /ödənişi mümkündür.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta
şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun
üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA
Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və
maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə
“Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta
yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri
ilə sığorta bazarının lider və ən böyük sığorta
şirkətlərindəndir.

Teqlər: