“PAŞA Bank” peşəkar inkişafa töhfə verəcək “Məhsul Sahibi məktəbi”nə start verir

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”,
gənclərin peşəkar inkişafına öz töhfəsini verməyə davam edir.

Belə ki, “PAŞA Bank”, mart ayının 1-dən etibarən müştərilərin
fərdi tələblərinə yönəlmiş müasir rəqəmsal bank məhsullarının
işlənib hazırlanması, onların yerli bazara çıxarılması üçün yeni
layihə olan “Məhsul Sahibi məktəbi”nin fəaliyyətinə start
verib.

Xüsusi və çoxkomponentli təlim proqramında yaradılan məhsulun
bazardakı strateji mövqeyini dəyərləndirməyin, onun
rəqabətədavamlılığını, üstünlüklərini və çatışmaz tərəflərini
analiz etməyin, yekun layihəni formalaşdırmağın yolları və bir sıra
digər mühüm məqamlar tədris olunacaq. Təlimləri aparan “PAŞA
Bank”ın peşəkar məhsul sahibləri və xarici maliyyə institutlarından
dəvət olunan ekspertlər iştirakçılarla təcrübələrini bölüşəcək və
öz peşələrinə dair maraqlı məlumatları paylaşacaq.


“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov
“Məhsul Sahibi məktəbi”ndən danışarkən Bankın gənclərə
potensiallarını kəşf etməyə kömək edəcək bir sıra mühüm tədbirlər
həyata keçirdiyini vurğulayıb.

““PAŞA Bank”, peşəkar inkişafın tərəfdarı kimi müxtəlif
istiqamətdə təlimlər, proqramlar, məlumat sessiyaları və
müsabiqələr, o cümlədən, “Rəqəmsal Zirvələr” konfransı, “PASHA Bank
Cup” yarışması, “Müştəri Meceneri məktəbi”, “Peşəkar Yetişdirmə
Proqramı” və s. kimi mühüm layihələr keçirib. Bununla da gənclərə
yeni biliklər əldə etməkdə, mövcud bilik və bacarıqlarını
möhkəmləndirməkdə yardımçı olub. “Məhsul Sahibi məktəbi” də bu
layihələrdəndir. Əminəm ki, bu proqram iştirakçılar üçün əvəzsiz
təcrübəyə çevriləcək, onların peşəkar inkişafı üçün daha dərin
biliklərə yiyələnməsinə şərait yaradacaq”, – deyə V. Xəlilov
bildirib.

Teqlər: