“PAŞA Bank”, dünyanın ən böyük özəl səhiyyə təminatçılarından
biri olan “Acıbadem Healthcare Group” ilə yeni əməkdaşlığına əsasən
“Acıbadem Health Point&PASHA Bank” üzvlük kartını təqdim
edir.
“Health Point” kartı müştərilərin səhiyyə ehtiyaclarının yüksək
keyfiyyətlə və xüsusi imtiyazlarla qarşılanmasını təmin edir.
Yüksək keyfiyyətli xidmətlərdən imeyl, “Acıbadem Health Point”
mobil tətbiqi və ya çağrı mərkəzi vasitəsilə yararlanmaq
mümkündür.
Kartın imtiyazlarına daxildir:
– “Acıbadem Healthcare Group”un dünya şöhrətli həkimlərindən ikinci
tibbi rəy;
– Tibbi və Stomatoloji prosedurlara 10% endirim;
– İstanbulda “Acıbadem Mobile” tərəfindən xüsusi ev baxımı
xidmətlərində müxtəlif endirimlər;
– Bütün “Café APlus”larda 15% endirim;
– İngilis, ərəb, rus və fransız dillərinə sinxron tərcümə;
– İstanbula səfəriniz zamanı bütün hava limanlarında “Health Point
Welcome Lounge”a giriş;
– İstanbuldakı “Acıbadem” xəstəxanalarından “VIP” transfer;
– “Avantgarde” (Levent və Bodrumda) və “Divan” hotellərində
(İstanbulda) xüsusi endirimlər və s.
“Acıbadem Health Point“ kartı yeni sifariş olunan “PAŞA Bank
Miles&Smiles Black” və “World Elite” kartları ilə birgə,
tamamilə ödənişsiz olaraq təqdim olunacaq.
Bununla yanaşı, kart sahiblərinin 1-ci dərəcəli qohumları da
qeyd olunan xidmətlər üzrə imtiyazlar əldə edəcəklər.
“PAŞA Bank Miles&Smiles” kartı ilə bağlı ətraflı:
miles.pashabank.az, *8123 / *9123
“Acıbadem” Bakı ofisi: [email protected], +994 12 595 96 81, +994
55 222 95 81
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /
(+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)
4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə
bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək
qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi
olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə
daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların
fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq
bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron
məktub yazmaqla çatdıra bilərsiniz.