Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sosial
təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bu dəfə Bank, IDEA
İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə
təşkil etdiyi ağacəkmə aksiyasına qoşulub.
Aprel ayının 11-də baş tutan aksiya zamanı Müşfiqabad
qəsəbəsində 8 hektar ərazidə 6 minə yaxın Eldar şamı və zeytun
ağacı əkilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika
Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə
keçirilən bu növ aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq
edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin
yaradılmasına töhfə verməkdir.
Xatırladaq ki, Bank, ölkəmizin müxtəlif regionlarında, o
cümlədən azad olunmuş torpaqlarımızda təbiətin bərpası, Bakı
çimərliklərinin təmizlənməsi də daxil, bir sıra ekoloji layihələrə
dəstək verib. “PAŞA Bank”, məsuliyyətli korporativ vətəndaş kimi
biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf mühitə qayğı və
həssaslıqla davranılmasının tərəfdarıdır.