Partlayışda xəsarət alanlarla bağlı istənilən vətəndaş TƏBİB-dən məlumat ala bilər

Xəstəyaxlnları və vətəndaşlar TƏBİB-ə müraciət edərək
partlayışda yaralananlar barədə mütəmadi məlumat ala bilər.

AzerTimes-ın
məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədr vəzifəsin icra edən
Vüqar Qurbanov deyib. O bildirib ki, hadisə nəticəsində xəsarət
alanların vəziyyəti hər an nəzarətdədir.

“Müraciət edən şəxslər hər bir xəstəhaqqında tam dolğun məlumat
ala bilərlər. Həmçinin TƏBİB-in mətbuat xidməti və biz hər bir saat
ərzində bu barədə məlumatları ictimaiyyətlə bölüşəcək”- V. Qurbanov
deyib.

Teqlər: