Kabildə güclü partlayış baş verib, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə ən böyük valyutadəyişmə
məntəqələrindən birində güclü partlayış baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “TOLOnews” televiziya kanalı xəbər
verib.

Məlumata əsasən, partlayış Saray Şahzadə ərazisində baş verib.
Hadisə nəticəsində ölənlər var. Daha sonra ölkədə “Taliban”
hərəkatının formalaşdırdığı hökumətin Daxili İşlər Nazirliyi 10
nəfərin yaralandığını bildirib.

Ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər, səhər
saatlarında naməlum şəxs Saray Şahzadə adlanan ərazidə yerləşən
valyutadəyişmə məntəqəsinin ərazisinə quldurluq etmək məqsədilə
qumbara atıb.