Partlayış Putinə necə zərbə vurdu? – Britaniya

Partlayış Putinə necə zərbə vurdu? – Britaniya

Oktyabrın 8-də Krım körpüsündən baş vermiş partlayış Rusiyanın Ukraynanın cənubunda öz qüvvələrini saxlamaq qabiliyyətinə birmənalı təsir göstərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında qeyd olunub.

“Bu hadisə çox güman ki, Putinə ağır zərbə vuracaq. Partlayış onun 70 illik yubileyindən bir neçə saat sonra baş verdi. Halbuki o, körpünü şəxsən maliyyələşdirib və açmışdı. Tikinti podratçısı isə uşaqlıq dostu Arkadi Rotenberq idi”, – hesabatda qeyd olunub.

Heaabatda bildirilib ki, Krım körpüsü üzərindən dəmir yolu keçidinin yalnız 2020-ci ilin iyununda yük daşımaları üçün açılmasına baxmayaraq, o, Rusiyanın Ukraynaya hücumu zamanı ağır hərbi texnikanın cənub cəbhəsinə daşınmasında əsas rol oynayıb.

Teqlər: