Partiya sədrini it dişlədi – Foto

Partiya sədrini it dişlədi – Foto

Seçki kampaniyası çərçivəsində Yalovaya səfər edən İYİ Partiya sədri Maral Akşənərin başına gözlənilməz hadisə gəlib.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, Akşənərin karvanında olan avtomobil sahibsiz iti vurub. Akşənər avtomobilindən düşərək vəziyyətə müdaxilə etmək istəyib. Bu zaman yaralı it partiya sədrinin əlini dişləyib.

Akşənər ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd olunub.

Baytara aparılan iti xilas etmək mümkün olmayıb.

Teqlər: