Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev məlumat verib.
O bildirib ki, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır:
“Biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq”.