ABŞ Ukraynaya 8 ədəd NASAMS göndərir

ABŞ Ukraynaya 8 ədəd NASAMS göndərir

ABŞ Ukraynaya ümumilikdə səkkiz NASAMS hava hücumundan müdafiə sistemi təhvil verəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.

“ABŞ Ukraynaya səkkiz NASAMS sistemi göndərəcək. Bu sistemlərdən ikisi yaxın gələcəkdə Ukraynada olacaq, altısı isə sonradan veriləcək. Biz həmçinin VAMPIRE daxil olmaqla, dronlara qarşı mübarizə vasitələrini təmin etməyi öhdəmizə götürmüşük”, – məlumatda qeyd edilib.

Teqlər: