Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin payız sessiyasında deputatların müzakirə edəcəyi bəzi qanun layihələri məlum olub.
AzerTimes-ın məlumatına görə, payız sessiyasında 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin, “Lombardlar haqqında” qanun layihəsinin , “Ələt AİZ” haqqında qanuna dəyişikliyin, “Vergilər Məcəlləsinə” dəyişikliyin (kitab məhsullarınım vergilərdən və gömrük rüsumlarından azad edilməsi) və s məsələlərin müzakirə edilib qəbul edilməsi planlaşdırılır.
Payız sessiyasında müzakirə ediləcək digər qanun layihələri Milli Məclisin komitələri tərəfindən təqdim olunacaq.
Twitter: @ElchinMehdiyev