Parlament Şuşa haqqında qanun layihəsini müzakirə edir

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə edilir.

AzerTimes-ın məlumatına görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi (birinci oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.


Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğunun yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

Teqlər: