Parlament Şuşa Bəyannaməsini təsdiq etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclis Şuşa Bəyannaməsini təsdiq edib.

AzerTimes-ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Sənəd Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Teqlər: