Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi formalaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi formalaşıb.

AzerTimes-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında komissiyanın yenidən yaradılması məsələsi müzakirəyə çıxarılıb.

Komissiyanın üzvlüyünə Fəzail İbrahimov, Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Madər Musayev, Hikmət Məmmədov, Nəsib Məhəməliyev, Nizami Səfərov və Məşhur Məmmədovun namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra onların namizədlikləri təsdiq edilib.

Teqlər: