Parlament Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyinatı ilə bağlı sənədi qəbul edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəddə öz əksini tapıb.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.

Təklif edilib ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunsun.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: