Parisdə qiymət artımına qarşı aksiyalar başladı

Parisdə qiymət artımına qarşı aksiyalar başladı

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı etiraz aksiyaları başlayıb.

AzerTimes xəbər verir ki, aksiyalar Əyilməz Fransa Partiyasının lideri Jan Lyuk Melanşonun, Avropa-Ekologiya-Yaşıllar Partiyası, Sosialistlər Partiyası, eləcə də bir sıra həmkarlar ittifaqları və assosiasiyaların çağırışı ilə baş tutub.

Yürüş Millətlər meydanından başlayıb. Aksiyaçıların qarşısını bir neçə polis kordonu kəsib.

Aksiyaçılar əmək haqlarının və sosial ödənişlərin artırılması, enektrik enerjisi qiymətlərinin dondurulması, yanacaq və ərzağın qiymətinin ucuzlaşdırılması, pensiya yaşının azaldılması, ekoloji layihələrə sərmayələrin qoyulmasını tələb edirlər.

Teqlər: