Parisdə Olimpiya Oyunlarının açılışı ləğv edilir?

Parisdə Olimpiya Oyunlarının açılışı ləğv edilir?

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi respublikanın Daxili İşlər Nazirliyinə Olimpiadanın açılış mərasimini çayda keçirməkdən imtina etməyi və B planına keçməyi tövsiyə edib.

AzerTimes xəbər verir ki, bu barədə “Europe 1” radiosu məlumat yayıb.

Məlumata görə, çay paradının hazırkı formatının olduğu kimi qalması çox risklər yaradır.

Analitiklər kütləvi terrorizmin Fransaya qayıdışından qorxurlar. Mümkün risklərə avtomobili izdihamın üzərinə sürə və ya odlu silahla hücum edə bilən terrorçular daxildir.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayında təşkil olunacaq. Olimpiada avqustun 11-dək davam edəcək.

Teqlər: