Parisdə II əsrə aid 50 məzar tapıldı – Foto

Parisdə II əsrə aid 50 məzar tapıldı – Foto

Fransanın paytaxtı Parisdə II əsrə aid 50 qədim məzarın tapıldığı bildirilib.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın Mədəniyyət Nazirliyi Parisdə Port Royal qatar stansiyası yaxınlığında aparılan işlərlə bağlı açıqlama verərkən deyib.

Məlumata görə, tədqiqatlar zamanı 200 kvadratmetr əraziyə yayılmış sərdabələr Sent-Jak Nekropolunda yerləşir.

Aşkar edilən məzarların yetkin kişi və qadınlara, həmçinin uşaqlara aid olduğu bildirilir.

Qəbirlərdə geyim və aksessuarlarla yanaşı, zinət əşyaları, kəmərlər, keramika və şüşə qablar aşkar edilib.

Teqlər: