Parisdə güclü yanğın başlayıb

Parisin mərkəzində Sena çayının sol sahilində yerləşən Orse İncəsənət Muzeyində yenidən qurulan binada güclü yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “BFM” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, inşaat körpüləri yanıb. Qeyd olunub ki, “yenidən qurulan binada” 150-dən çox yanğınsöndürən yanğınla mübarizə aparır.


Polis əməkdaşları ərazidə nəqliyyatın hərəkətini dayandırıb.