Paris iki il ərzində Kiyevə bu qədər hərbi yardım edib

Paris iki il ərzində Kiyevə bu qədər hərbi yardım edib

Fransa iki il ərzində Ukraynaya göstərdiyi hərbi yardımların siyahısını dərc edib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

“Fransa Ukraynaya ümumi dəyəri 2,615 milyard avro dəyərində hərbi texnika tədarük edib. Buna Avropa Sülh Fonduna verilən 1,2 milyard avro da əlavə edilib. Beləliklə, 24 fevral 2022-ci ildən 31 dekabr 2023-cü ilə qədər dəstək 3,8 milyard avrodan çox təşkil edib”, – məlumatda deyilir.

Fransa iki il ərzində Kiyevə 30 ədəd SEZAR haubitsası, 1002 ədəd AT4 tank əleyhinə qumbaraatan, 38 ədəd AMX10 RC təkərli tank, 250 ədəd zirehli personal daşıyıcısı, 30 min ədəd 155 mm çaplı mərmi, 160 ədəd kəşfiyyat aparatı tədarük edib.

Teqlər: