Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) taekvando idman növü üzrə komandası təlim-məşq toplanışında iştirak etmək üçün Özbəkistana yola düşüb.

AMPK-dan AzerTimes-a bildiriblər ki, baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 6 parataekvondoçumuz aprelin 25-dək Daşkənddə hazırlıq prosesində iştirak edəcək.


Təlim-məşq toplanışı mayın 9-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa təsnifat oyunlarına hazırlıq xarakteri daşıyır.

Teqlər: