Paraqvayda konsert zamanı atışma olub, ölən və yarlılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Paraqvayın San-Bernardino şəhərində musiqi festivalı zamanı atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Qeyd olunur ki, atəş açanların hədəfi həlak olanlardan biri olub, digər şəxslər təsadüfən zərər çəkib.

Polisin məlumatına əsasən, insident iki cinayətkar dəstə arasındakı mübahisədən yaranıb.

Hazırda polis atəş açanların axtarışlarını aparır.