Paralimpiya Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb

Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

İdmançımız sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə qalib gəlmişdi.

Bununla da Azərbaycan yığmasının qızıl medallarının sayı 10-a çatıb.


Teqlər: