Paracüdoçumuz Antalya Qran-Prisində gümüş medal qazanıb

Paracüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisinin gümüş medalına
sahib olub.

AzerTimes-ın
məlumatına görə, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə
aparan N.Abaslı finalda gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq
yarışı ikinci yerdə başa vurub.

Digər təmsilçimiz İsmayıl Muradov (60 kq) bürünc medal uğrunda
görüşdə qırğızıstanlı Tamirlan Abdıkerimova uduzub.

Aprelin 24-də Saleh Sultanov (90 kq), Aysel İmamverdiyeva (70
kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.

Teqlər: