Papikyan Paris Aviasiya Sərgisində iştirak etdi

Papikyan Paris Aviasiya Sərgisində iştirak etdi

Fransa müdafiə naziri Sebastyan Lekornunun dəvəti ilə bu ölkəyə gedən Ermənistan müdafiə naziri Suren Papikyan Paris Aviasiya Sərgisinin açılış mərasimində iştirak edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Onun Fransanın hərbi-sənaye müəssisələrinin məhsullarının nümayiş pavilyonlarına baş çəkməsi, şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Fransanın Ermənistana hərbi dəstəyi son vaxtlar çoxalıb.

Teqlər: